Deputatın ölüm xəbəri yayılıb - Yenilənib
Tarix: 03-12-2019 22:28 | Bölmə: Xəbərlər
Deputatın ölüm xəbəri yayılıb

Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib.

Bu barədə Yenicağ.az-a deputatın yaxınları məlumat verib.

Xatırladaq ki, millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Onun İsraildə vəfat etdiyi bildirilir. Mərhumun nəşi Qırmızı Qəsəbəyə gətirilib.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavini idi.

***

Deputatın digər bir yaxını isə Modern.az-a deyib ki, Yevda Abramovun vəfat etməsi ilə bağlı məlumat həqiqəqə uyğun deyil.

Yaxınlarının bildirdiyinə görə, Yevda Abramovun vəziyyəti ağır olsa da, hələlik həyatdadır.

***

Yevda Abramovun oğlu Sasson Abramov atasının vəfat etməsi barədə xəbərləri təkzib edib.

O, APA-ya bildirib ki, atası hazırda xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir: “Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır. Allaha şükür, vəziyyəti yavaş-yavaş stabilləşir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}