Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Tarix: 04-12-2019 11:27 | Bölmə: Xəbərlər
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dekabr ayının 3-də törədilən 32 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}