Magistraturaya qəbul imtahanları asanlaşacaq - DİM sədri
Tarix: 05-12-2019 12:57 | Bölmə: Xəbərlər
Magistraturaya qəbul imtahanları asanlaşacaq

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğvinin müzakirə olunduğunu açıqlayıb.

M.Abbaszadə jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin təşəbbüsü əsasında magistraturaya qəbulla əlaqədar təhlillərin aparıldığını və gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların bir mərhələli keçirilməsinin müzakirə olduğunu deyib.

O bildirib ki, təkliflər aidiyyəti qurumlara göndərilib: "Hələlik qaydalar Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən təsdiqlənməyib. Müəyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq. Bu, yazı işi tələb olunan ixtisaslara aiddir. Daha dəqiq məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür".

DİM sədri qeyd edib ki, hər il keçirilən imtahanların nəticələri aidiyyəti qurumlarla müzakirə edilir:
"Hər halda yeni təklif magistr olmaq istəyən gənclərin xeyrinədir. Çünki imtahanlar asanlaşacaq. Ona görə də onlar üçün heç bir gözlənilməz sürpriz olmayacaq. Əgər yeni qaydalar təsdiq olunarsa, dəyişiklik 2020- ci ildən tətbiq olunacaq. Çünki magistraturaya sənəd qəbulu fevral və mart ayından başlanılır. Birinci mərhələdə imtahan üçün nəzərdə tutulan ödəniş məbləğini təhlil edib Tarif Şurasına təqdim edəcəyik. Yalnız onların qərarı əsasında hansısa dəyişiklik ola bilər. Hələlik belə bir təklif tərəfimizdən olmayıb".

O xatırladıb ki, magistraturaya qəbul imtahanlarının keçirilməsi 2005-ci ildə TQDK-ya həvalə ediləndən onun bir mərhələli keçirilməsi təklif edilmişdi: "Lakin həmin dövrdə universitetlər ikinci mərhələnin lazım olduğunu demişdilər və ixtisaslar üzrə biliklərin yoxlanılmasını zəruri hesab etmişdilər. Yeni təklifləri Təhsil Nazirliyi universitetlərlə müzakirə edib. Universitetlər razıdır ki, birinci mərhələdə olan nəticələr əsasında onlar magistrları qəbul edə bilərlər".

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}