14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ərdoğan: “Türkiyə “S-400”lərdən imtina etməyəcək”
Tarix: 10-12-2019 08:29 | Bölmə: Xəbərlər
Ərdoğan: “Türkiyə “S-400”lərdən imtina etməyəcək”

“Türkiyə ABŞ-ın “Patriot” zenit-raket sistemlərini almaq üçün Rusiyanın “S-400” hava hücumundan müdafiə kompleksindən imtina etməyəcək”.

“RİA Novosti” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də yayımlanan müsahibəsində deyib.

"Patriot”a görə “S-400”dən imtina edə bilmərik. Bu səhifə bağlandı. Ancaq ABŞ bizə uyğun şərtlər təklif edərsə, onların da sistemlərini alacağıq. Çünki hava hücumundan müdafiə sistemlərimizi diversifikasiya etmək istəyirik" - deyə, Ərdoğan bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}