Oqtay Gülalıyevə mükafat verildi - Fotolar
Tarix: 10-12-2019 18:48 | Bölmə: Xəbərlər
Oqtay Gülalıyevə mükafat verildi

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatı növbəti qaliblərinə təqdim olunub.

Reyting.az
-ın məlumatına görə, dördüncü dəfə qalibi müəyyən etmək üçün partiya üzvləri arasında sorğu keçirilib. Bu dəfə iki qalib seçilib: hüquq müdafiəçisi Oqtay Gülalıyev və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu.

ALDP sədri Fuad Əliyev hüquq müdafiəçisi Oqtay Gülalıyevin mükafatını tədbirdə iştirak edən Repressiya və İşgəncələr Əleyhinə Komitənin üzvü Əlövsət Sadıqlıya təqdim edib.

Oqtay Gülalıyevə mükafat verildi

F. Əliyev mükafatı O. Gülalıyevə şəxsən təqdim edə bilmədiklərindən təəssüfləndiyi deyib: “İnanıram ki, Oqtay bəy tezliklə koma vəziyyətindən çıxacaq və qısa zamanda səhhəti normallaşacaq. Allah şəfasını versin!”

Daha sonra Fuad Əliyev “Azadlıq fədaisi” mükafatının ikinci sahibi Tofiq Yaqublunu evində ziyarət edib. O, T. Yaqubluya mükafat haqqında qısa məlumat verərək mükafatını ona təqdim edib.

Oqtay Gülalıyevə mükafat verildi

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.

2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə isə AXCP sədrinin müavini Gözəl Bayramlı “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

Oqtay Gülalıyevə mükafat verildi




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}