17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sürücülərdən rüşvət alan polis işdən qovulub
Tarix: 14-01-2020 12:04 | Bölmə: Xəbərlər
Sürücülərdən rüşvət alan polis işdən qovulub

Yük avtomobilləri sürücülərindən rüşvət almaqda şübhəli bilinən polis əməkdaşı işdən çıxarılıb.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə YPX əməkdaşının yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. Videogörüntünün Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehdiyev olduğu bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}