Daha bir KİV əməkdaşının namizədliyi qeydə alınıb - Foto
Tarix: 15-01-2020 00:35 | Bölmə: Xəbərlər
Daha bir KİV əməkdaşının namizədliyi qeydə alınıb

“CBC” Televiziyasının əməkdaşı, jurnalist, sosioloq Ramil Babanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.

Bu barədə Reyting.az-a 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Ramil Baba özü məlumat verib.

Uzun müddətdir media sahəsində çalışan R. Baba deyib ki, bu müddət ərzində gücü çatdığı qədər insanlara kömək edib: “Səlahiyyətim çərçivəsində demək olar ki, heç kimin müraciətini geri çevirməmiş, heç kimi naümid etməmişəm. Hesab edirəm ki, millət vəkili xalqla dövlət arasında körpü rolunu oynamalıdır. Millət vəkili seçiləcəyim təqdirdə, xalqla dövlət arasındakı körpü rolunu öz üzərimə götürərək, bu missiyanı uğurla aparmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Dövlətimizin, cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyərək bu yolda bütün çətinlikləri əzmlə, vicdanla aşacağıma əminəm”.

Daha bir KİV əməkdaşının namizədliyi qeydə alınıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}