Xidmət rəhbərinə Baş Nazir postu təklif olunub
Tarix: 15-01-2020 20:55 | Bölmə: Xəbərlər
Xidmət rəhbərinə Baş Nazir postu təklif olunub

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini təqdim edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və onu Baş Nazir vəzifəsinə dəvət edib. Razılığını alan Putin, Mişustinin Baş Bazir kimi namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib.

Mişustin Rusiya Federasiyasının Federal Vergi Xidmətinə 2010-cu ilin aprel ayından rəhbərlik edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}