16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Taleh Şahsuvarlının deputatlığa namizədliyi qeydə alınıb
Tarix: 15-01-2020 21:50 | Bölmə: Xəbərlər
Taleh Şahsuvarlının deputatlığa namizədliyi qeydə alınıb

"23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən verilən məlumata görə, 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək üçün Milli Məclis üzvlüyünə namizədliyim rəsmən təsdiqlənib".

Bu barədə siyasi analitik, tanınmış jurnalist Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb.

O, daha sonra bildirib:

"MM üzvlüyünə namizəd vəsiqəmi DSK-dan sabah götürəcəm. Hər şeydən öncə mənim namizəd kimi qeydə alınmağıma imza verən seçicilərə, imzaların toplanmasına yardım edən gənc dostlarımıza təşəkür edirəm. Hesab edirəm ki, bu seçkilər Azərbaycan Prezidenti İlham Əliyevin islahatçılıq kursunun vətəndaşlara izah edilməsi baxımından əla fürsətlər yaradır. Seçki kampaniyamızı məhz bu istiqamətdə quracağıq. Parlament yenilənəcək, dövlətimiz güclənəcək! Çünki İSLAHATLAR MƏRKƏZDƏN BAŞLAYIR!!!"

Bakı şəhərinin mərkəz rayonlarını birləşdirən 23 saylı dairənin hazırkı deputatı Ziyad Səmədzadədir. 1940-ci ildə anadan olmuş Ziyad Səmədzadənin yaşı onun yeni çağırışlara adekvat namizəd kimi qiymətləndirilməsinə imkan vermir. Odur ki, bu dairədən 9 fevral 2020-ci il seçkilərində ən şanslı namizəd Taleh Şahsuvarlı sayılır.

Taleh Novruz oğlu Şahsuvarlı 10 mart 1977-ci ildə anadan olub. Bakı şəhərindəki 20 saylı orta məktəbi bitirib. Bakalavr və magistr pillələri üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərində ictimai siyasət üzrə xüsusi kurs keçib. Həmin şəhərin fəxri vətəndaşıdır. Onlarla beynəlxalq səviyyəli təlim və seminarların iştirakçısı olub. Bir neçə elmi monoqrafiya, yüzlərlə analitik məqalə, "Canlanma" adlı tarixi roman müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident İlham Əliyevin fəal və ardıcıl müdafiəçisi olan Taleh Şahsuvarlı səriştəli debat ustası sayılır və müxtəlif canlı polemikalarda müxalif düşərgədən olan opponentlərini dəfələrlə məğlub edib. Şahmat həvəskarıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}