07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Vəkilin barəsində intizam icraatına xitam verilib
Tarix: 16-01-2020 13:25 | Bölmə: Xəbərlər
Vəkilin barəsində intizam icraatına xitam verilib

Vəkillər Kollegiyası baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında vəkil Elçin Sadıqovun barəsində başlanmış intizam icraatına xitam verib. Reyting.az-ın xəbərinə görə, bu barədə Turan-a E. Sadıqov özü məlumat verib.

Kollegiya həmçinin onun vəkillik fəaliyyətinin fərdi formada (vəkil bürosunun tərkibində iştirak etmədən) davam etdirilməsi ilə bağlı müraciətini də təmin edib. Bundan əlavə, E. Sadıqov Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş medala layiq görülüb. O, bu qərarlara görə kollegiya rəhbərliyinə təşəkkür edib.

Xatırladaq ki, E. Sadıqov hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulmasına dair videogörüntü ilə bağlı Facebook-da şəxsi fikrini ifadə etdiyinə görə baş prokurorun birinci müavini onu cəzalandırmaq istəmişdi. Belə ki, E. Sadıqov ehtimal edib ki, hüquq müdafiəçisi avtomobillə qəsdən vurulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}