17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İsveçrə İran üçün humanitar kanal açır
Tarix: 16-01-2020 17:38 | Bölmə: Xəbərlər
İsveçrə İran üçün humanitar kanal açır

İsveçrənin yüksək səviyyəli rəsmiləri bildiriblər ki, İrana humanitar kanal açıla bilər.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, bu kanalla qida, dərman və digər humanitar təchizat göndəriləcək. Bu mallar ABŞ sanksiyalarından azaddır.

İsveçrənin xarici işlər üzrə dövlət katibi Paskal Baerisvil və ABŞ səfiri Edvard MakMullen bu barədə ayrı-ayrılıqda açıqlama veriblər. Qərar İran və ABŞ-ın İsveçrənin vasitəçiliyi ilə məhbus mübadiləsindən bir neçə gün sonra qəbul olunub.

Baerisvil bildirib: “Bizim rolumuz, həqiqətən, İran xalqını ərzaq və sağlamlıq məhsulları ilə təmin etməkdir. Buna görə də bu humanitar kanalın yaradılması üzərində çox çalışırıq".




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}