Fətullayevin qanunsuz silahı müsadirə olunub - Foto
Tarix: 20-01-2020 10:35 | Bölmə: Xəbərlər
Fətullayevin qanunsuz silahı müsadirə olunub

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Fətullayevin qanunsuz silahı müsadirə olunub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}