Sabiq komandan keçmiş naziri ittiham edir
Tarix: 21-01-2020 14:41 | Bölmə: Xəbərlər
Sabiq komandan keçmiş naziri ittiham edir

“Rəhim Qazıyevə bildirirəm ki, başından yekə danışma. Qurban Məmmədovun televiziyasında yenə sarsaqlamısan və rus generalı kimi danışmısan. Heç təəcüblənmədim. Rusa güvənərək milli hakimiyyətin devrilməsinə “drijorluq” edəndən başqa nə gözləmək olar ki?!”

Reyting.az
xəbər verir ki, bu sözləri Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev özünün Feysbuk səhifəsində Azərbaycanın keçmiş Müdafiə naziri Rəhim Qazıyevi nəzərdə tutaraq yazıb.

Fəhmin Hacıyev insanlara məlumat vermək məqsədilə bildirib ki, vaxtilə Qubadlı rayonuna hərbi forma geyərək gedib: “Çünki, Qubadlıya gedən yollarda rus əsgərləri postlar qurmuşdular və heç nə keçirmək mümkün olmurdu. Respublika Hərbi Komissarının müavini ilə məsləhətləşdik. O, mənə forma və lazımi sənəd verdi. Getdim Ağcabədiyə, oradan 6 ədəd ov tüfəngi və sursat əldə etdim. Sonra gəldim Ağdama, rəhmərlik Eldar Bağırovla məsləhətləşdik. O da Ağdamın yol milisinə zəng etdi, bir kapitan gəldi. Eldar Bağırov mənə əlavə sursat verdi. “QAİ” maşını qabaqda gedərək mənim silah apardığım maşını Qubadlıya qədər müşaiyət etdi və silahları Qubadlıda kulubda cəbhəçilərə təhvil verdim. Bundan sonra da, komendaturaya gedib rus zabitlərini həbs etmək istədim və buna nail olmuşdum. Həmən an komendaturaya zəng gəldi və ruslar mənim niyyətimi bilib məni həbs etdilər. Səhəri gün Qubadlı cəbhəsi mitinq keçirdi və mənim azadlığıma nail oldular. Bu gün də hesab edirəm ki, düz etmişəm”.

Qubadlı rayonundan sonra Xanlara (Göygöl rayonu) gəldiyini yazan F. Hacıyev bildirib ki, bənzər əməliyyatla iki zirehli maşın, iki erməni, 23 ədəd rus silahlıları, rus zabit və əsgərlərini əsir götürüblər: “İlham İsmayıl və Eldar Həsənovun sayəsində danışıqlar yolu ilə bütün silahlar və zirehli maşınlar bizə qaldı.

İndi qiyməti millət versin. Rusa güvənərək milli hakimiyyəti yıxmaq yaxşıdır, yaxud həyatını riskə atıb müdafiəni gücləndirməyə çalışmaq?”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}