14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İqbal Ağazadə seçiciləri ilə növbəti görüşünü keçirib - Foto
Tarix: 22-01-2020 14:34 | Bölmə: Xəbərlər
İqbal Ağazadə seçiciləri ilə növbəti görüşünü keçirib

Bakıdakı 35 saylı Xətai Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Xətai rayonunun İ. İsmayılov küçəsində seçiciləri ilə növbəti görüşünü keçirib.

Seçicilərə "əziz doğmalarım", - deyə müraciət edən, onun görüşünə gələnlərə təşəkkürünü bildirən İ. Ağazadə hər zaman seçicilərinin yanında olduğunu, onların etimadına layiq olmağa çalışdığını qeyd edib.

İ. Ağazadə Milli Məclisdə hər zaman xalqın sözünü dediyini, haqqı pozulanların yanında olduğunu, heç zaman ağa qara demədiyini, təkcə öz seçicilərinin deyil, bütöv Azərbaycanın problemlərinin parlamentdə həllinə çalışdığını bildirib.

Deputatlığa namizəd təhsil, səhiyyə, sosial müdafiə, pensiya yaşının aşağı salınması, uşaq pulunun verilməsinin vacibliyini qeyd edərək bu problemlərin həlli üçün hökumət qarşısında məsələ qaldıracağını diqqətə çatdırıb.

Çıxış edən seçicilər də İ. Ağazadənin əvəzsiz bir millət vəkili olduğunu bildirərək hamılıqla ona səs verəcəklərini söyləyiblər.

İqbal Ağazadə seçiciləri ilə növbəti görüşünü keçirib
İqbal Ağazadə seçiciləri ilə növbəti görüşünü keçirib
İqbal Ağazadə seçiciləri ilə növbəti görüşünü keçirib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}