10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İqbal Məmmədov seçicilərlə fərdi qaydada görüşüb - Foto
Tarix: 23-01-2020 21:27 | Bölmə: Siyasət
İqbal Məmmədov seçicilərlə fərdi qaydada görüşüb

78 saylı Lerik Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İqbal Məmmədovun seçicilərlə görüşü davam edir.

YAP-ın namizədi bu gün rayonun Siyov və Dəstər inzibati ərazi vahidliyində yaşayan seçiciləri ilə görüşüb.

Görüşdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:

"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".

Daha sonra İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:

"Bu gün rayon sakinlərinin dövlətimizin başçısına və sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamının və sevgisinin bir daha şahidi oldum. Siyov və Daster inzibati ərazi dairələrində yaşayan seçicilərimizlə görüşümüz baş tutdu. Görüşdə iştirak edən ağsaqqallar, ziyalılar və gənclər dövlətə və dövlətçiliyə sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Onların hər biri 2020-ci ilin 9 fevralında Milli Məclisə keçiriləcək seçkilərdə seçki məntəqələrinə gələrək Azərbaycanın uğurlu gələcəyinin qarantı olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş namizədə səs verəcəklərini bildirdilər."

İ. Məmmədov eyni zamanda vətəndaşları fərdi qaydada qəbul etdiyini də bildirib:

"Təbliğat tədbirindən sonra vətəndaşları fərdi qaydada qəbul edərək dinlədik. Onları narahat edən məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsini planlaşdırdıq".

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}