07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qənirə Paşayeva seçicilərlə fərdi görüşlərə başlayıb - Foto
Tarix: 23-01-2020 22:34 | Bölmə: Xəbərlər
Qənirə Paşayeva seçicilərlə fərdi görüşlərə başlayıb

Deputatlığa namizəd Qənirə Paşayeva Tovuz rayonunda gün ərzində fərdi şəkildə görüşmək istəyən 100-dən artıq sakini qəbul edərək problemləri, qayğı və təkliflərini dinləyib, sakinlərin qaldırdığı məsələlərin hamısına diqqətlə yanaşaraq bu barədə müvafiq qurumlara müraciətlər edəcəyini deyib.

Fərdi görüşlərdə iştirak edən seçicilər Qənirə Paşayevanın millət vəkili kimi 14 illik fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. “Bizimlə mütəmadi olaraq görüşüb, rayonumuzun və bizim problemlərimizin həlli istiqamətində daim əlinizdən gələni etdiyinizin şahidiyik”,- deyən seçicilər Q. Paşayevaya bu seçkilərdə də dəstək və etimadlarını davam etdirəcəklərini deyiblər.

Görüşlərdə iştirak edən sakinlərə dəstək və etimadları üçün təşəkkürünü bildirən Q. Paşayeva bundan sonra da onların etimadına layiq olacağını deyib.

Q. Paşayeva həmçinin bir sıra şəhid ailələri, müharibə əlilləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb. Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, veteranlarına dərin təşəkkürünü bildirən Q. Paşayeva “sizin bu dəstəyinizin mənim üçün mənəvi anlamda da çox böyükdür”, - deyib.

Q. Paşayeva həmçinin Qovlar şəhərini gəzərək sakinlərlə görüşüb, “bu seçkilərdə də səsimiz və etimadımızla sizin yanınızdayıq”,- deyən Qovlar sakinlərinə təşəkkürünü bildirib.

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}