14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Yeni Sabah”ın fəaliyyətə başlamasından 1 il ötdü
Tarix: 25-01-2020 09:41 | Bölmə: Xəbərlər
“Yeni Sabah”ın fəaliyyətə başlamasından 1 il ötdü

Bu gün “Yeni Sabah” saytının fəaliyyətə başlamasının bir ili tamam olur.

Xəbər saytı olaraq fəaliyyət göstərən portalın əsas istiqaməti siyasi məlumatlar olsa da, həyatın digər sahələri – sosial, iqtisadiyyat, idman, şou, kriminal mövzuda da informasiyalara yer verir. Hazırda kiçik kollektivin çalışdığı Yenisabah.az saytının gündəlik olaraq 50 mindən yuxarı oxucu auditoriyası var.

Ölkədə baş verən mühüm hadisələr haqda operativ olaraq saytda informasiyaların yayılması ilə yanaşı onların mütəxəssislər tərəfindən şərhini təmin edir. Bundan əlavə vətəndaş jurnalistikası ilə aktiv əməkdaşlıq, sosial problemləri olan şəxslərlə birbaşa əlaqələrin qurulması, problemlərin işıqlandırılmasını həyata keçirir. Bunun üçün saytda müasir kommunikasiya vasitələrindən istifadə şəraiti yaradılıb. Whatsapp, facebook səhifəsi, mobil və şəhər telefonları vasitəsi ilə redaksiya ilə əlaqə saxlamaq mümkündür.

Sayt bir çox siyasi, rəsmi və iqtisadi qurumlarla əməkdaşlıq edir.

Reytinq.az-ın kollektivi “Yeni Sabah”çıları təbrik edir, onlara yeni uğurlar arzulayır!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}