Oğurluqda şübhəli bilinən şəxs yaxalanıb - Foto
Tarix: 25-01-2020 11:55 | Bölmə: Xəbərlər
Oğurluqda şübhəli bilinən şəxs yaxalanıb

İsmayıllı rayonunda oğurluq hadisəsi baş verib. İsmayıllı şəhər sakininin evindən mirvari boyunbağı, qol saatı və digər əşyalar oğurlanıb.

Şəhər sakini İsmayıllı Rayon Polis Şöbəsinə müraciətində bildirib ki, özü hadisə evdə olmadığı müddətdə baş verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları hadisə yerinə baxış keçirib və zərərçəkmişə məxsus evdən oğurluq olduğunu müəyyən ediblər.

Rayon Polis Şöbəsi və Kriminalistik Tədqiqatlar İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər də oğurluğa görə məhkum olunmuş rayon sakini Samir Əsədli olduğu müəyyənləşib. O, şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq Bölməsində S. Əsədli barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oğurluqda şübhəli bilinən şəxs yaxalanıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}