Qənirə Paşayeva seçicilərinə dəstək üçün təşəkkür etdi
Tarix: 27-01-2020 23:20 | Bölmə: Xəbərlər
Qənirə Paşayeva seçicilərinə dəstək üçün təşəkkür etdi

Deputatlığa namizəd Qənirə Paşayeva Tovuzun böyük kəndlərindən olan İbrahim Hacılı kəndini gəzib, yüzlərlə seçici ilə görüşüb və dəstəkləri üçün təşəkkürünü bildirib.

"Sizə hər zaman söylədiyim kimi, mənim üçün deputatlıq sizə, xalqımıza, dövlətimizə daha çox xidmət edə bilməkdir. Ötən 14 illik deputatlıq fəaliyyətimdə var gücümlə sizin yanınızda olmağa, problemlərinizin həllini tapmasına çalışmışam. Əgər mənə təkrar etimad göstərsəniz, bundan sonra da sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacağam.

14 il ərzində sizi təmsil edən millət vəkili kimi hər zaman ölkəmizi iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə də layiqli təmsil etmək üçün çalışdım.

Bilirəm ki, siz - dəyərli seçicilərim üçün Qarabağ problemi nə qədər həssas və önəmli məsələdir və mən sizin səsiniz olaraq Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında hər zaman bütün gücümlə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı işə dəstək olmağa çalışdım. Əgər təkrar etimad göstərsəniz, yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimizə və dövlətimizə xidmət etməyə, Milli Məclisdə və beynəlxalq platformalarda sizin layiqli səsiniz olmağa çalışacağam”.

Tovuzun son illər ərzində çox ciddi problemlərinin böyük bir hissəsinin həllini tapdığını söyləyən Qənirə Paşayeva deyib:

“Dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər. Ona görə də hər birimiz ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik”.

Q. Paşayeva ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illər baş verən proseslərdən, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilmiş böyük işlər barədə danışıb və seçicilərlə fikir mübadiləsi aparıb. O, kənddə olan bəzi problemlərlə bağlı fikirləri də dinləyib.

Q. Paşayeva həmçinin kənddə yaşayan bir sıra şəhid ailələri, müharibə veteranları və fiziki imkanları məhdud insanları evlərində ziyarət edib.

İbrahim Hacılı seçiciləri bildiriblər ki, Qənirə Paşayevaya etimadları tamdır, çünki o, 14 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib.

Q. Paşayeva ona “biz öz millət vəkilimiz kimi sizi neçə il əvvəl seçmişik və 9 fevralda da gedib sizə öz dəstəyimizi bir daha göstərəcəyik və inanırıq ki, siz bundan sonra bizim səsimiz olmaqda davam edəcəksiniz”, - deyən sakinlərin hər birinə təşəkkür edib.

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}