07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Evdən 18700 manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Tarix: 13-02-2020 10:32 | Bölmə: Xəbərlər
Evdən 18700 manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Şəkidə evdən oğurluq edən gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib. Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları hadisə yerinə baxış keçirib, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.

Şəki RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}