Qənirə Paşayevaya zərər vurmaq istəyirlər - Müraciət
Tarix: 14-02-2020 15:07 | Bölmə: Xəbərlər
Qənirə Paşayevaya zərər vurmaq istəyirlər

Növbədənkənar parlament seçkilərində 105 saylı Tovuz Seçki Dairəsində qalib olmuş Qənirə Paşayeva haqqında yalan məlumatlar yayırlar.

Q. Paşayeva sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında haqqında yazılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Reyting.az Q. Paşayevanın bununla bağlı müracətini təqdim edir:

“Əziz dostlar, mənim Milli Məclis Sədri olacağım barədə əsassız məlumatlar dolaşmaqdadır. Bu, yalandır və mənə zərər vurmaq niyyəti daşıdığını düşünürəm.

Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis Sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır; mən isə bitərəfəm.

Digər tərəfdən, yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq.

Xahiş edirəm, əsassız məlumatlar yayan sosial şəbəkə fəalları, mətbuat mənsubları bu sadə həqiqəti gözardı etməsin və həqiqəti əks etdirməyən məlumatları paylaşmasınlar”.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}