13 saylı dairədəki nəticələrin ləğvi tələb olunur
Tarix: 15-02-2020 01:13 | Bölmə: Xəbərlər
13 saylı dairədəki nəticələrin ləğvi tələb olunur

Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə daha bir dairədə ciddi qanun pozuntuları baş verib.

Reyting.az
-ın məlumatına görə, 13 saylı Xəzər-Pirallahı Seşki Dairəsi üzrə namizədliyi qedə alınmış Gülmirzə Fəxrəddin oğlu Cavadov baş vermiş qanunsuzluqlarla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

G. Cavadov 12 fevral 2020-ci ildə MSK-ya müraciətində 13 saylı dairədə baş vermiş qanunsuzluqların araşdırılmasını və həmin dairə üzrə seçkilərin nəticələrinin ləğvini xahiş edib. Baş vermiş qanunsuzluqları sübut edən aktlar, foto və videoçəkilişlər də şikayət ərizəsinə əlavə olunub.

Həmin seçki dairəsindən namizədliyi qeydə alınmış digər şəxslər də (Cavadov ilə birlikdə 5 nəfər) qanunsuzluqlarla bağlı birgə bəyanat qəbul ediblər. Bəyanatda seçkilərdəki qanunsuzluqlara etiraz bildirilir, lider namizəd elan edilmiş Rauf Əliyevin nəticələrinin ləğvini tələb olunur.

Birgə müraciətə də qanunsuzluqları sübuta yetirəcək videoçəkilişlər və digər materiallar əlavə olunub. Namizədlər MSK-dan tələb edir ki, araşdırma zamanı əlavə materiallara da istinad olunsun.

13 saylı dairədəki nəticələrin ləğvi tələb olunur




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}