17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakıda daha bir narkotacir tutulub
Tarix: 15-02-2020 18:23 | Bölmə: Xəbərlər
Bakıda daha bir narkotacir tutulub

Bakıda 1 kiloqramdan çox heroin dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş İ.Əliyevə narkotiki satmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini T.Ağayev müəyyən edilib. Onun yaşadığı evdən 508 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə T.Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinən Biləsuvar rayon sakini İ.Hüseynov da müəyyən edilərək saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 525 qram heroin, 131 qrama yaxın tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}