17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Tarix: 16-02-2020 09:42 | Bölmə: Xəbərlər
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirir.

İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

İmtahanda iştirak etmək üçün 1856 namizəd qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}