Rusiya XİN: “Ərdoğana səhv məlumat veriblər”
Tarix: 16-02-2020 11:20 | Bölmə: Xəbərlər
Rusiya XİN: “Ərdoğana səhv məlumat veriblər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan səfərində onu müşayiət edən jurnalistlərə, Rusiyanın Liviyadakı müharibəyə "ən yüksək səviyyədə" rəhbərlik etdiyini söyləyib.

Reyting.az
“Meduza”-ya istinadla xəbər verir ki, Ərdoğan jurnalistlərə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargahın rəhbəri Valeri Gerasimovun olduğu "Vaqner" qrupunun rəhbəri ilə birlikdə çəkilən fotonu göstərib.

Ərdoğanın açıqlamasını şərh edən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bununla bağlı deyib: "Bu, reallığa uyğun deyil. Onun haradan belə məlumatları aldığını bilmirəm".

Türkiyə prezidenti daha əvvəl Liviyada 2 mindən çox muzdlu olduğunu söyləyib. Rusiya prezidenti Vladimir Putin də öz növbəsində Liviyada “Vaqner"in Rusiyanın maraqlarını təmsil etmədiyini bildirib.

Liviyadakı vətəndaş müharibəsində 35 rus muzdlu həlak olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}