Turşudan zəhərlənən ailənin daha bir üzvü öldü
Tarix: 16-02-2020 18:19 | Bölmə: Xəbərlər
Turşudan zəhərlənən ailənin daha bir üzvü öldü

İmişli rayonunda məskunlaşan məcburi köçkün ailəsinin turşudan zəhərlənən 15 yaşlı üzvü reanimasiya şöbəsində ölüb.

Reyting.az
-ın məlumatına görə fevralın 12-də Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ağayeva Səyalı Sarış qızı və onların qızları - 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib. Daha ağır vəziyyətdə olan Səyalı Ağayeva orada dünyasını dəyişib.

Vəziyyətləri ağır olan ata və qızı paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib.

Komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən ailənin 15 yaşlı qızı Samirə isə bir neçə saat əvvəl dünyasını dəyişib.

Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}