Koronavirusdan 1770 nəfər ölüb: 70 mindən çox insan yoluxub
Tarix: 17-02-2020 08:48 | Bölmə: Xəbərlər
 Koronavirusdan 1770 nəfər ölüb: 70 mindən çox insan yoluxub

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərdir. 10,8 mindən çox insan virusdan xilas olunsa da, pnevmoniyaya yoluxanların sayı 70,5 mindən çox olub.

Bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Qeyd edək ki, bundan əvvəl qurum 68,5 mindən çox yoluxma, 1665 ölüm halı və 9419 nəfərin sağalması barədə məlumat yaymışdı. Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusun rəsmi ölüm səviyyəsi bir gün əvvəl 2,43 faizdən 2,5 faizə yüksəlib.

Bölgələr arasında Hubey əyaləti yoluxmuş insanların sayına görə birinci yerdədir, burada 58,1 mindən çox adam qeydiyyata alınıb, onlardan 1696 nəfəri ölüb, 6639 adam sağalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}