17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Balakəndə polis əməliyyatı: 5 nəfər saxlanıldı
Tarix: 18-02-2020 13:54 | Bölmə: Xəbərlər
Balakəndə polis əməliyyatı: 5 nəfər saxlanıldı

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb, 1 nəfər isə axtarılır.

Reyting.a
z-ın məlumatına görə, Balakən şəhər sakini, 35 yaşlı Elşad Məsiyevin yaşadığı evə baxış keçirilib. Baxış zamanı ordan 13 ədəd kağız bükülüdə ümumi çəkisi 1,7 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı Elşad Məsiyev narkotik vasitəni Balakən şəhər sakini, 38 yaşlı Mətləb Yusubovdan aldığını bildirib. Tədbir zamanı Elşad Məsiyevin evində qonaq qismində olan Balakən şəhər sakinləri - 45 yaşlı Qəhraman Bayramov və 36 yaşlı Mətin Məmmədovun narkotik vasitə qəbul etdikləri müəyyən olunub. Qəhraman Bayramovun üzərinə baxış zamanı ondan 0,5 qram heroin aşkar edilərək götürülüb.

Tədbirin davamı olaraq Elşad Məsiyevin narkotik vasitəni aldığı Mətləb Yusubovun yaşadığı evdən 0,7 qram heroin aşkar edilərək götürülüb.

Keçirilmiş digər tədbir zamanı rayonun Gərəkli kənd sakinləri 43 yaşlı Nurullah Kutlasovun yaşadığı evdən 7,3 qram, 33 yaşlı Elşad Mustafayevin yaşadığı evdən isə 41,4 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər üç fakt üzrə cinayət işi başlanılıb. Elşad Mustafayev istisna olmaqla digərləri şübhəli şəxs qismində saxlanılıb.

Elşad Mustafayevin tutulması istiqamətində tədbirlər aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}