10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
“Azəriqaz”da struktur islahatı aparılıb - Dəyişiklik
Tarix: 20-02-2020 17:00 | Bölmə: İqtisadiyyat
“Azəriqaz”da struktur islahatı aparılıb

Bu gün baş direktor Ruslan Əliyevin imzaladığı əmrlə “Azəriqaz” İstehsalat Birliyində (İB) struktur islahatı aparılıb.

“Azəriqaz”-dan Reyting.az-a verilən məlumata əsasən, Bakı Regional Qazın Satışı Depatamenti, Bakı Regional qaz ölçü qurğularına Xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Departamenti yenidən formalaşdırılıb. Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcəklər. Lakin onların – xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əmək haqlarında hər hansı azalma baş verməyəcək, əksinə bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.

“Qeyd etmək istərdik ki, aparılan struktur islahatı ilk növbədə abonentlərin rahatlığı və məmnuniyyəti üçün həyata keçirilir. Belə ki, bu günədək abonentlər haqlı olaraq bəzi xidmətlərdən istifadə zamanı narazılıqlarını bildirirdilər. Artıq yeni struktur islahatı hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək. Özü də zaman itirmədən, vaxtında icra olunmaqla”, - məlumatda qeyd edilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}