16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakı polisi itkin düşmüş 5 nəfəri tapıb
Tarix: 21-02-2020 09:38 | Bölmə: Xəbərlər
Bakı polisi itkin düşmüş 5 nəfəri tapıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də 52 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 10, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}