Koronavirusdan ölənlərin sayı sürətlə artır
Tarix: 24-02-2020 09:20 | Bölmə: Xəbərlər
Koronavirusdan ölənlərin sayı sürətlə artır

Çində koronavirusdan ölənlərin sayı sürətlə artır.

Çinin Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb.

TASS komitəyə istinadla xəbər verir ki, bu günədək sağalanların sayı 24734 nəfərdir. Son bir gündə isə daha 1846 nəfər xəstəxanalardan buraxılıb. Lakin gün ərzində koronavirusa yoluxanların sayı 409 nəfər artaraq ümumilikdə 77150 nəfər təşkil edib.

Sutka ərzində Hubey əyalətində 149 ölüm hadisəsi qeydə alınıb, bunlardan 131-ü Uhan şəhərində baş verib. Ümumilikdə bu bölgədə 64 287 yoluxma hadisəsi müşahidə edilib. Bazar günü 1,4 mindən çox insan sağalaraq tibb müəssisələrindən buraxılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}