Azərbaycandan İrana uçuşlar davam edəcək
Tarix: 24-02-2020 14:40 | Bölmə: Xəbərlər
Azərbaycandan İrana uçuşlar davam edəcək

Çoxsaylı müraciətlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidməti bildirir ki, "Buta Airways" aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

Reyting.az
AZAL-a istinadla xəbər verir ki, aşağıbüdcəli "Buta Airways" aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır:

"Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında "Iran Air" aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq", - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmişdir, bu istiqamətdə əlavə tədbirlər görüləcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}