Avropa ölkəsində ictimai nəqliyyat pulsuz olacaq
Tarix: 24-02-2020 18:23 | Bölmə: Xəbərlər
Avropa ölkəsində ictimai nəqliyyat pulsuz olacaq

Lüksemburq dünyada ictimai nəqliyyatını pulsuz edən ilk ölkə olmağa hazırlaşır.

Reyting.az
“Euronews”-a istinadla xəbər verir ki, martın 1-dən etibarən ölkədəki bütün qatarlar, tramvay və avtobuslar pulsuz olacaq. Bununla birlikdə xaricə gedən qatarlar və bütün birinci sinif biletləri ödənişli qalacaq.

2018-ci ildən bəri hazırlanan bu planın hədəfinin şəxsi vasitələrdən imtina etmək olduğunu vurğulayan hökumət sözçüsü Dani Frank bildirib:

“Artıq heç kim bilet almağa ehtiyac duymayacaq, yalnız yoxlama zamanı etibarlı şəxsiyyət vəsiqəsi göstərməli olacaq".

Şavye Bettelin başçılıq etdiyi koalisiya hökuməti illik 41 milyon avroya başa gələcək bu təcrübə ilə nəqliyyatın hərəkətini rahatlaşdırmaq və karbon tullantılarını azaltmağı hədəfləyir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}