Üləma koronavirus dövründə ziyarətə qadağa qoydu
Tarix: 25-02-2020 19:59 | Bölmə: Xəbərlər
Üləma koronavirus dövründə ziyarətə qadağa qoydu

Quma ziyarət və hətta nəzir niyyəti ilə səfər xətər və zərər ehtimalına görə caiz (məqbul) deyil.

Reyting.az
“Farsnews”-a istinadla xəbər verir ki, bu barədə şiə üləmasının iki tanınmış siması fətvalar verib.

Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani ziyarət və ya nəzir vermə niyyəti ilə Qum şəhərinə səfərləri məqbul bilmirlər.

Hazırda İranın Qum şəhərində camaat və cümə namazları, habelə dini mərasimlər qadağan edilib. Bu barədə vilayət şurası qərar qəbul edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}