17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Güclü külək bölgələrdə fəsadlar törədib
Tarix: 26-02-2020 00:50 | Bölmə: Xəbərlər
Güclü külək bölgələrdə fəsadlar törədib

Respublika ərazisində əsən güclü külək zərərsiz ötüşməyib. Külək Bakı ilə yanaşı respublikanın müxtəlif bölgələrində də fəsadlar törədib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, küləyin təsirindən Mingəçevirdə ağac 37 yaşlı qadının üstünə aşıb.

Hadisə Nəriman Nərimanov küçəsində yerləşən 1 saylı tam orta məktəbin qarşısında baş verib.

Qırılan ağaclardan biri 1983-cü il təvəllüdlü şəhər sakini Ağasıyeva Səbinə Nazim qızının başına düşüb. Başı yarılmış halda xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub.

Bu səhərdən əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kimi, Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.

Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T. Mustafayevin sözlərinə görə, hazırda qurum əməkdaşları qəzaların nəticələrini aradan qaldırmaqla məşğuldur:

"Güclü külək "Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən Ağdamda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəzanın baş verdiyi ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib”.

T. Mustafayev bildirib ki, güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır: “Külək imkan verdiyi qədər tez zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək".




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}