16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər - Liderlər görüşəcəklər
Tarix: 28-02-2020 14:45 | Bölmə: Siyasət
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər - Liderlər görüşəcəklər

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

Rusiya KİV-lərinin məlumatına görə, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib.

O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu qeyd edib.

XİN başçısı bildirib ki, telefon danışığı zamanı İdlibdəki vəziyyət ətraflı müzakirə olunub: “Telefon danışığı İdliblə bağlı indiyədək əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə həsr edilib. Bundan başqa, yaxın vaxtlarda bu və ya digər səviyyələrdə təmasların mümkünlüyü müzakirə olunub”.

Lavrov onu da bildirib ki, prezidentlər tezliklə görüşməyə qərar veriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}