07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Sabiq kəşfiyyat naziri koronavirusdan sağalır
Tarix: 29-02-2020 16:57 | Bölmə: Xəbərlər
Sabiq kəşfiyyat naziri koronavirusdan sağalır

İranın sabiq daxili işlər, kəşfiyyat və ədliyyə naziri Mustafa Purməhəmmədinin koronavirusa yoluxması iddiası var.

Reyting.az
“Farsnews”-a istinadla xəbər verir ki, Purməhəmmədinin xəstəliyi ilə əlaqədar yaxınlarından biri deyib: “Qızdırması dünən gecədən bəri düşüb və bu səhər vəziyyəti yaxşılaşıb”.

Ailə üzvünün sözlərinə görə, hazırda Tehran Mübariz Ruhanilər Birliyinin baş katibi olan Mustafa Purməhəmmədi hələ Çərşənbə günü müayinə edilib. Onun koronavirusdan əziyyət çəkdiyi dərhal məlum olmasa da, yalnız Cümə axşamı xəstəxanaya yerləşdirilib.

“Bu səhər demək olar ki, sağaldı. Həkimlər prosedurun davam edəcəyi təqdirdə, yaxın günlərdə xəstəxanadan evə buraxılacağını söyləyib”.

Qeyd edək ki, bu gün Gilandan yeni seçilmiş deputat Məhəmməd Əli Ramazani Dəstək koronavirusdan vəfat edib.

Bu arada, Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Müctəba Zonnurinin də vəziyyəti yaxşılaşır. "Həkimlər vəziyyətimi araşdırarkən, bu yaxınlarda ümumən yaxşılaşdığını və xəstəliyin gedişatından qısa müddət sonra normala dönəcəyini söylədi".

Xatırladaq ki, hazırda İran parlamentinin 5 üzvü koronavirusa yoluxub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}