Deputatlar koronavirusa görə müayinə olunublar
Tarix: 28-03-2020 10:27 | Bölmə: Xəbərlər
Deputatlar koronavirusa görə müayinə olunublar

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər.

Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

A. Təvəkküloğlu bildirib ki, deputatlar və Milli Məclisin əməkdaşlarının hamısı tibbi test yoxlanışından keçib:

“Testlərin nəticəsi neqativ çıxıb. Yəni, heç bir problem yoxdur. Jurnalistlər də Milli Məclisin rəhbərliyinin təşəbbüsü ilə termovizor qurğusu ilə yoxlamadan keçiriləcək. Eyni zamanda onların iclası izləməsi üçün hər cür şərait yaradılır”.(APA)




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}