17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Daha bir imtahanın sınaq mərhələsi pulsuz oldu
Tarix: 30-03-2020 13:42 | Bölmə: Cəmiyyət
Daha bir imtahanın sınaq mərhələsi pulsuz oldu

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (2 variant) iyul ayınadək ödənişsiz olacaq.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. İmtahana buradan yazılmaq olar:

My Webpage

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək mümkündür.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq lazımdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}