17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Qanuni oğrular” özlərini təcrid ediblər
Tarix: 30-03-2020 17:39 | Bölmə: Xəbərlər
“Qanuni oğrular” özlərini təcrid ediblər

“Qanuni oğrular” koronavirus səbəbindən ev şəraitində özünü təcridetmə rejiminə keçməyə məcbur olublar.

Reyting.az
xəbər verir ki, bu barədə "Praym Kraym" informasiya agentliyi məlumat yayıb.

Agentliyin baş redaktoru Viktoriya Qefterin sözlərinə görə, “qanuni oğrular” da başqaları kimi insandırlar. Karantin rejimi hamı kimi onlara da öz təsirini göstərib. Sərhədlərin və ictimai yerlərin bağlanması ucbatından avtoritetlər evdə oturmağa məcbur olublar. “Oğru dünyası”nın sakinləri koronavirusa görə moratorium tətbiq etmirlər, belə vəziyyəti o qədər də dramatikləşdirmirlər.

V. Qefter qeyd edib ki, hazırda heç bir “qanuni oğru” COVID-19-a yoluxmayıb.

Agentliyin rəsmisi “qanuni oğru” “Şakro Molodoy” ləqəbli Zaxariya Kalaşovun koronavirusa görə xəstəxanaya yerləşdirilməsi barədə məlumatın yalan olduğunu bildirib.

Kalaşovlar ailəsinin - “Şakro Molodoy”un həyat yoldaşı Marina Qoldberqin və onun 15 yaşlı oğulu Danielin koronavirus testinin nəticələrinin müsbət çıxaması ilə bağlı martın 22-də Telegram-kanal Mash məlumat yayıb. Məlumatda bildirilirdi ki, “qanuni oğru”nun yaxınları Moskva ətrafı qəsəbədə yerləşən malikanədə özlərini təcrid edirlər, yaxın vaxtlarda onların xəstəxanaya yerlədiriləcəyi planlaşdırılır.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}