16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda karantin rejimini pozan 313 nəfər cəzalandırılıb
Tarix: 31-03-2020 11:19 | Bölmə: Xəbərlər
Bakıda karantin rejimini pozan 313 nəfər cəzalandırılıb

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da 31 cinayətin üstü açılıb.

Məlumata görə, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub: "Narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş verən oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılıb. 

İtkin düşmüş kim axtarışı elan olunan 8 nəfər tapılaraq ailəsinə təhvil verilib".

Məlumatda o da qeyd olunub ki, xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 313 nəfərə, o cümlədən 20 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}