Baş Qərargah rəisi karantinə alınıb
Tarix: 01-04-2020 10:17 | Bölmə: Xəbərlər
Baş Qərargah rəisi karantinə alınıb

İsrail ordusu Baş Qərargahının rəisi koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınıb.

Reyting.az
“Jerusalem Post”-a istinadla xəbər verir ki, general Avi Kocavi təxminən 7 gün əvvəl bir sıra ordu komandirləri ilə görüşdə iştirak edib. İndi həmin görüşdə iştirak etmiş komandirlərindən birinin koronavirusa yoluxduğu müəyyən olunub.

Səhiyyə Nazirliyinin təlimatına əsasən, Koçavi həftənin sonuna qədər karantində olacaq.

General Tamir Yadinin də karantində olduğu güman edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}