16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Bakıda çoxmərtəbəli yaşayış binası yanır - Yenilənib
Tarix: 05-04-2020 10:41 | Bölmə: Xəbərlər
Bakıda çoxmərtəbəli yaşayış binası yanır - Yenilənib

Bakının Xətai rayonu, S. Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub.

Əlavə məlumat veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}