17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bolnisidə 8 nəfər koronavirusa yoluxdu
Tarix: 06-04-2020 12:42 | Bölmə: Xəbərlər
Bolnisidə 8 nəfər koronavirusa yoluxdu

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda əhali arasında tibbi yoxlamanın birinci mərhələsi başa çatıb.

Məlumata görə, bələdiyyədə 48 min nəfərin termoskriniq metodu ilə hərarəti ölçülüb.

Bolnisinin İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Maka Mamardaşvili bildirib ki, rayonda koronavirusa 8 yoluxma halı təsdiqlənib.

O deyib ki, Bolnisidə 208 nəfər özünütəcriddə, 37 nəfər isə karantindədir.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 188 nəfər yoluxub. Onların 36-sı sağalıb, 2-si isə ölüb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}