Sürücülərin "Fərqlənmə Nişanı" alması asanlaşıb
Tarix: 06-04-2020 13:52 | Bölmə: Xəbərlər
Sürücülərin "Fərqlənmə Nişanı" alması asanlaşıb

Azərbaycanda sürücülərə "Fərqlənmə Nişanı"  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC vasitəsilə veriləcək.

Reyting.az
xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX)  İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova açıqlama verib.

O vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərarına uyğun olaraq şəhərlərarası sərnişin daşınmasında məhdudiyyət tətbiq edilir: "Həmçinin,  DANX-ın ölkə  üzrə 11 regional şöbəsinin mövcud olduğuna görə, sürücülərin "Fərqlənmə Nişanı" əldə etmək üçün həmin regional şöbələrə  getməməsi üçün biz  prosesi asanlaşdırırıq. “Sürücülər yaşadıqları, qeydiyyatda olduqları ərazi üzrə ən yaxın  “Azərpoçt”un mərkəzi filialına yaxınlaşa bilərlər. Orada "Fərqlənmə Nişanı"nın əldə edilməsi region üzrə 9 AZN, böyük şəhərlər üzrə isə 13,5 AZN  məbləğində vergini ödədikdən sonra sürücülər barədə məlumat “icaze.e-gov.az” portalına DANX tərəfindən yerləşdiriləcək". 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız "Fərqlənmə Nişanı" olan taksilərlə sərnişin daşınmasına icazə veriləcək.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}