17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Məktəblinin zorlanmasına görə müəllimi saxlanılıb
Tarix: 08-04-2020 10:57 | Bölmə: Xəbərlər
Məktəblinin zorlanmasına görə müəllimi saxlanılıb

Lerik rayonunda məktəb müəllimi Şəfahət Məmmədov saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib

Onun sözlərinə görə, faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin (təvəllüdü 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüdü 1961-ci il) 5 aylıq hamilə olduğu barədə məlumat yayılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab edib.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}