Bakı polisi sakinlərə növbəti dəfə müraciət edib
Tarix: 08-04-2020 11:14 | Bölmə: Xəbərlər
Bakı polisi sakinlərə növbəti dəfə müraciət edib

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə növbəti dəfə müraiət ünvanlayıb.

Reyting.az
xəbər verir ki, müraciətdə, koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd edək ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər davam etdirilir.

Xatırladaq ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib. İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilir.

Bakı polisi pandemiya şəraitində vətəndaşları təmkin və anlayış göstərməyə, karantin tədbirlərinə dəstək olmaq məqsədilə özünü təcrid qaydalarına riayət etməyə çağırır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}