Ermənistanda daha 289 nəfər koronavirusa yoluxub
Tarix: 26-05-2020 11:01 | Bölmə: Dünya
Ermənistanda daha 289 nəfər koronavirusa yoluxub

Ermənistanda daha 289 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 402-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 91-ə çatıb.

Bildirilib ki, indiyədək 3 220 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 052 aktiv koronavirus xəstəsi var/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}