14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
ABŞ dünya liderlərini qoruyacaq
Tarix: 27-05-2020 12:39 | Bölmə: Xəbərlər
ABŞ dünya liderlərini qoruyacaq

Amerika dünyanın ən güclü 7 dövlətinin başçısını (G7) Vaşinqtona toplayır.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ evin sözçüsü Kayleiqh Mkenany deyib.

Mkenany bildirib ki, Ağ ev G7 zirvə görüşünə ev sahibliyi etməyə hazırlaşır. Əlavə edilib ki, koronavirusa qarşı zirvə görüşü Ağ evdə keçiriləcək.

“Ağ evdə çalışan yüzlərlə insanı qoruduğumuz üçün dünya liderlərini də qoruyacağıq”,- deyən sözçü əlavə edib ki, bu, pandemiya ilə bağlı dayanan fəaliyyətin yenidən başlanması üçün “ən gözəl nümunə” olacaq.

Ağ ev rəsmisi əlavə edib ki, prezident Tramp G7 zirvə görüşünün Ağ evdə keçirilməsindən yaxşı nümunə tanımır: “Toplantıya qatılacaq liderlərin qorunması üçün hər bir tədbir görüləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}