17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ-da daha 24266 nəfərdə koronavirus aşkarlanıb
Tarix: 30-05-2020 16:40 | Bölmə: Xəbərlər
ABŞ-da daha 24266 nəfərdə koronavirus aşkarlanıb

ABŞ-da son bir gün ərzində koronavirusa 24 mindən çox yoluxma qeydə alınıb, demək olar, 1,2 min insan ölüb.

Bu barədə ABŞ-da federal və yerli hakimiyyətin məlumatları, həmçinin KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata görə, ABŞ-da ötən gün ərzində virusa 24 266 yoluxma qeydə alınıb.

Son 24 saat ərzində Birləşmiş Ştatlarda 1 193 nəfər koronavirusun qurbanı olub.

Universitet bildirib ki, ABŞ-da COVID-19-a ümumilikdə 1 747 087 yoluxma təsdiqlənib, ölkədə koronavirusdan 102 836 ölüm qeydə alınıb.

Qeyd edilir ki, virusa yoluxmuş 400 mindən çox insan sağalıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}